AMEA-prezidenti Ramiz Mehdiyev bu qurumun saytında dərc etdirdiyi "Ermənistanın hibrid müharibəsi fonunda Dövlətimizin maraqları hər şeydən üstündür!" başlıqlı məqaləsində Ölkə mətbuatını tənqid atəşinə tutub. Akademikə elə gəlir ki, mətbuatın geriləməsində, intriqa poliqonuna çevrilməsində onun heç bir rolu olmayıb...
Hörmətli cənab, yoldaş akademik Administrasiyanın rəhbəri işlədiyiniz müddətdə hər həftənin 5-ci günü KİV nümayəndələrini toplayıb nədən danışırdınız? Hələ pıçıltıları demirəm...
"Çox təəssüf ki, bir çox hallarda bizim qəzet və elektron informasiya vasitələrimiz qərəzsiz analizlər təqdim etmək, xalqı maarifləndirmək və gercək təhlükələr haqqında təhlillər vermək əvəzinə, ölkə üçün həssas məsələlərdə susmağa üstünlük verirlər. Əgər onlar bununla xalqa xidmət etdiklərini düşünürlərsə, çox səhv edirlər. Mətbuat cəmiyyətin aynasıdır və bu ayna dövlət siyasətini və ictimai-siyasi proseslərin inkişafını həqiqi mahiyyətinə uyğun əks etdirməlidir. Əgər mətbuat bunu edə bilmirsə, deməli o, ya səriştəsizdir, ya da qərəzlidir. Hər iki halda o, cəmiyyət üçün faydasızdır. Heç kim üçün sirr deyil ki, ölkəmizdə çıxan qəzetlərin və fəaliyyət göstərən informasiya agentliklərinin bir çoxu cənab Prezidentin iradəsilə dövlətdən davamlı maliyyə yardımı alır. Dövlət başçısının qayğısı nəticəsində bir çox jurnalistlər və redaktorlar mənzillərlə təmin ediliblər. Bəs görəsən onlar öz dövlətlərinə və vətənlərinə hansı faydanı veriblər?