Cənubi Qafqaz nəhəng siyasi iradə mərkəzlərinin maraqlarının kəsişdiyi regiondur. Həmin beynəlxalq siyasi iradə mərkəzləri heç bir halda öz maraqlarından və mənafelərindən imtina etməyəcəklər. Bu isə o deməkdir ki, Cənubi Qafqaı dünyanın “qaynar nöqtə”lərindən birinə çevrilmək təhlükəsi ilə üz-üzədir.
Türkiyənin “Haber Global” telekanalı mövzu ilə bağlı geniş süjet hazırlayıb.
Ermənistanın son hərbi qarşıdurması bu regionda yeni situasiya yaratdı. Bu gün heç kimə sirr deyil ki, erməni hərbi təxribatlarına cavab olaraq, Azərbaycan-Türkiyə ittifaqı yaranıb. Yəni Türkiyə Cənubi Qafqaza hərbi məzmunlu yerləşmə mərhələsinə qədəm qoyub. Bu isə Rusiyanın regional hegemonluğunu şübhə altına salmaqdadır.
Baş verənlərin fonundu Rusiyanın Ermənistanı silahla təchiz etməsi Azərbaycan tərəfini narahat etməyə bilməzdi. Azərbaycan ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biri olan Rusiyanın Ermənistana silah daşımasını qəbuledilməz davranış kimi dəyərləndirir. Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putin arasında bir müddət öncə baş tutmuş telefon danışığında da bu mövzuya toxunuldu.