Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, 93 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının sakinləri ətrafda olan daş karxanalarından şikayətçidir.
Sakinlər bildirib ki, binanın həyətinə yaxın ərazidə yerləşən daş karxanası səhər saatlarından başlayaraq gecə yarısına kimi narahatedici səs yaratmaqla yanaşı, ətrafa tozun yayılmasına səbəb olur.
Bina sakinləri komendantına bununla bağlı dəfələrlə iradlarını bildirsələr də, cavab olaraq daş karxanasının əraziyə daxil olmadığını əsas gətirərək problemin həll olunmasından boyun qaçırıblar.