BURADA REKLAMINIZ OLA
BİLƏR

ADP qurultay keçirdi

Azərbaycan Demokrat Partiyasının (ADP) növbəti X Qurultayı keçirilib.

 

Partiyadan Pravda.az-a bildirilib ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın ölkə vətəndaşlarının sağlamlıq təhlükəsizliyini qorumaq məqsədilə elan etdiyi sosial izolyasiya tədbirlərinin şərtlərinə uyğun olaraq ölkədə kütləvi toplantıların qadağan olunduğunu nəzərə alan ADP  qurultayı onlayn qaydada keçirib.

 

Qurultayda Təşkilat Komitəsi adından Sərdar Cəlaloğlu hesabat xarakterli, eyni zamanda siyasi məruzə ilə çıxış edib. Qurultayda digər seçkili orqanların da hesabat məruzələri dinlənilib. Qurultay nümayəndələri hər üç məruzəni qənaətbəxş hesab edib. Seçkili orqanlara keçirilən seçkilər zamanı partiya sədri, Ali Məclis üzvlərinin 1/3-i və Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) üzvləri seçilib.

 

Təşkilat Komitəsinin partiya sədrliyinə namizədi Sərdar Cəlaloğlu olub. Qurultay zamanı Ali Məclis üzvü Rəşid Mənsurov da ADP sədrliyinə öz namizədliyini irəlü sürüb. Səsvermə zamanı Sərdar Cəlaloğlu yekdilliklə ADP-nin yenidən sədri seçilib.

 

Yekunda Qurultay adından bir sıra sənədlər, o cümlədən bəyanatlar qəbul edilib. (Sənədlər əlavə olunub) Qurultay öz işini həmin gün də başa çatdırıb.

Tarix: 2 Sentyabr 2020, 17:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin