Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. 

Pravda.az-ın xəbərinə görə, nazir şəxsi “Twıtter” səhifəsində Prezident İlham Əliyevin “Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik”  fikrinə belə cavab yazıb: “Çox sağ olun, Cənab Prezident! Can Azərbaycanın dəstəyinə heç zaman şübhə etmədik! Türkiyə də hər zaman Azərbaycanın yanında olacaq”.