Deputat Siyavuş Novruzovun karantin qaydalarını pozaraq AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etməsi ilə bağlı Milli Məclisin İntizam Komissiyasına hər hansı müraciət daxil olmayıb.
Pravda.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, İntizam Komissiyasının üzvü Fəzail Ağamalı deyib. Deputat bildirib ki, məlum faktlarla bağlı komissiyaya şikayət daxil olsa, araşdırılacaq: “Parlament sentyabrın 15-də məzuniyyətdən qayıdacaq. Biz komitələr səviyyəsində işə çıxacağıq. Siyavuş Novruzovla bağlı İntizam Komissiyasına hər hansı müraciət daxil olmayıb”.