“Al Market” mağazalar şəbəkəsinin “Əhmədli” filialından qazsız “Badamlı” suyu aldım. Evə gəlib içdim, gördüm, su deyil, spirt kimi sərt dadı var. Ağzım, boğazım, mədəm yandırdı, qonşular su verdilər. Sonra mağazaya qayıtdım, dedilər, yanlışlıq olub, şirkət dezinfeksiya məhlulu göndərib. Doğrusu, elə də ciddiyə almadılar. Evə gəldim, özümü pis hidd elədim, nəfəs darlığı yarandı. Dərhal təcili tibbi yardım və polis çağırdıq”.
Pravda.az-ın xəbərinə görə, bunu şikayətçi Nərmin Adil deyib.