Ölkəmiz pandemiya ilə mübarizədə ardıcıl tədbirləri davam etdirir. Vətəndaşlarımızın məsuliyyətli davranışı, səbr və təmkinli olması əsas şərtlərdən biridir. Payız-qış mövsümü xəstəliklərin fəallaşdığı dövrdür. Məhz bu dövrlərdə koronavirus da insan orqanizimi üçün ciddi təhlükədir.
Ən başçlıca vəzifə koronavirusun yayılmasına, yeni yoluxma nöqtələrinin yaranmasına imkan verməməkdir. Bəzi vətəndaşların mövcud təhlükəni aydın təsəvvür edə bilməməsi, özünün və ailəsinin sağlamlığına laqeyd münasibətini görürük. Bu, yolverilməz haldır.
Movcud durumu şərh edən millət vəkili Soltan Məmmədov bildirib ki, ölkəmiz ilk günlərdən virusun yayılmasının qarşısının alınması ilə bağlı çox effektiv tədbirlər həyata keçirib. Parlamentarinin sözlərinə görə, cənab Prezident də öz çıxışlarında dəfələrlə vurğulayıb ki, dövlətimiz üçün ən vacib məsələ vətəndaşların sağlamlığıdır:
“Çünki bu, həm də milli təhlükəsizlik məsələsidir. Pandemiya hələ ki, bitməyib və onun bitəcəyi tarixi də indiki halda dəqiq proqnozlaşdırmaq mümkün deyil. Ona görə də, hər birimiz maksimum dərəcədə məsuliyyətli olmalıyıq. Burda hansı vəzifədə çalışmasından, ictimai statusundan asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı məsuliyyət hissi ilə yanaşmalıdır.