Tofiq Yaqublunu geniş təqdim etməyə ehtiyac yoxdur. Həm bir Qarabağ qazisi kimi, həm də bir siyasətçi kimi ölkədə ən çox tanınan şəxslərdən biridir.
Xırda bir avtoqəza nəticəsində baş verən bir anlaşılmazlığa və Yaxadartmaya görə, 5 aydı həbsdə yatırdı. Heç ağır cinayət hadisələrinin istintaqı 5 ay çəkmir. Amma nədənsə Yaqublunun istintaqı bu qədər uzandı. Nəticədə məhkəmədə hakim (hakimin adını o qədər yazıblar ki, mənim təkrar eləməyimə ehtiyac yoxdu) Tofiq Yaqubluya hökm oxudu: cəzasını ciddi rejimli həbsxanada çəkməklə 4 il 3 ay. İkinci Dünya Müharibəsi 4 il çəkmişdi, Yaqublunun cəzası 3 ay artıq oldu.
Ölkədə möhtərəm prezident İlham Əliyev qətiyyətlə bütün sahələrdə islahatlar aparır. Görünür, bu islahatlar hələ məhkəmə hüquq sisteminə gəlib çatmayıb.
Və istintaq, eləcə də məhkəmə demək olar ki, heç kimi inandıra bilmədi ki, Tofiq Yaqublu belə bir xuliqanlıq edib və s. və ilaxır. Yəni qərəz açıq-aydın göründü.