BURADA REKLAMINIZ OLA
BİLƏR

Oqtay Əsədov: “Dövlət idarəçiliyində yeni yanaşmalar tətbiq edilir”

“Ölkəmizdə sonra geniş struktur islahatları aparılır. Dövlət idarəçiliyində yeni yanaşmalar tətbiq edilir.

 

Pravda.az xəbər verir ki, bunu Milli Məclisin dövlət büdcəsinin müzakirəsinə həsr edilən plenar iclasında spiker Oqtay Əsədov deyib.

 

O. Əsədov xatırladıb ki, “Doing Business” hesabatında Azərbaycan dünyanın 20 islahatçı ölkəsi arasında yer alıb: “Biznesin başlanılmasına görə ölkəmiz dünyada doqquzuncu yeri tutub. Azərbaycanda ardıcıl xarakter daşıyan islahatlar iqtisadi inkişaf üçün əvvəlki illərdə yaradılmış potensialı daha da gücləndirir”.

 

Onun sözlərinə görə, qeyri-neft senayesinin, xeüsusilə kənd təsərrüfatı sürətlə inkişaf edir: “Ölkədə valyuta ehtiyatı son bir ildə 9%-dən çox artaraq 48,5 milyard dollar təşkil edib. 9 ayda ölkə iqtisadiyyatına 10 mlrd. manatdan çox investisiya yatırılıb. Bu vəsaitin 60 faizdən çoxu qeyri-neft sektoruna yönəlib. 9 ayda əhalinin gəlirləri 8,9% artıb, inflyasiya isə cəmi 2,6% təşkil edib”.

 

Parlament sədri qeyd edib ki, ölkədə həyata keçirilən düşünülmüş iqtisadi siyasət, innovativ inkişaf dövlətə etimadı yüksəldir: “İqtisadi inkişafın artımı 2020-ci ildə də davam edəcək. Ümumi daxili məhsul 3% artacaq. Gələn ilin büdcəsində cari xərclərin həcmi bu ilə nisbətən 40% artacaq. 2020-ci ilin büdcəsi sosialyüönümlü olacaq. Gələn il sosial müdafiə və sosial təminat xərcləri 31% artacaq”.

Tarix: 12 Noyabr 2019, 12:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin