“Vikipediyada özümlə bağlı məlumatın olduğunu (səhifənin açıldığını) gördüm. Onu hər kim edibsə, məni diqqətinə layiq sayıbsa, sağ olsun. Hərçənd, bunu etməzdən öncə mənimlə danışa bilərdilər. Vikipediyada Gəncədə doğulduğum yazılıb. Bu, doğru deyil. Mən Bakıda doğulmuşam. Gəncə mənim üçün doğma şəhərdir, orada qohumlarım, dostlarım çoxdur. Amma mən Bakıda doğulmuşam, burada böyümüşəm. Gəncədə doğulduğumu ilk dəfə kim və harada deyibsə, bunun yanlış olduğunu hər nə qədər desəm də, onun qarşısını ala bilmirəm. İndi də Vikipediyada yazıblar və onu daha çox adam oxuyub inanacaq. Vikipediyada mənim haqqımda o səhifəni kim açıbsa, xahiş edirəm, doğum yerimlə bağlı məlumatı dəyişdirsin. Mən Gəncədə deyil, Bakıda doğulmuşam”.
“Barəmdə zərərli yalanların sayını itirmişəm” – Erkin Qədirli
Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Erkin Qədirli deyib.
“Barəmdə gəzən yanlış söhbətlərdən söz düşmüşkən bunu da yazım. Xaricdə təhsil aldığımı deyənlər az deyil. Orda-burda barəmdə bu söhbəti eşitməli oluram. Bunun yanlış olduğunu dəfələrlə söyləsəm də, qarşısını ala bilmirəm. Odur ki, burada yazıram. Mən xaricdə təhsil almamışam. Hələ bunlar zərərsiz (qərəzsiz) yalanlardır. Barəmdə zərərli (qərəzli) yalanların sayını itirmişəm” – E.Qədirli qeyd edib.