Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Aslan İsmayılov: “Tofiq Yaqublu haqqında qanunsuzluqlardan ölkə Prezidentinin xəbərinin olmamasını qəbul edirəm”

1 857
Paylaş:
Aslan İsmayılov: “Tofiq Yaqublu haqqında qanunsuzluqlardan ölkə Prezidentinin xəbərinin olmamasını qəbul edirəm”

“Tofiq Yaqublunun haqqında həbs qətimkan tədbirinin seçilməsi ilk gündən qanunsuz idi. Yaqubluya 4 il 3 ay azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi isə cinayətdir və buna görə işi aparan müstəntiq, cəza istəyən prokuror və hökm elan edən hakim cinayət məsuliyyətinə cəlb olunmalıdırlar”.

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılov qeyd edib ki, hökm elan olunana qədər Tofiq Yaqublu haqqında qanunsuzluqlardan ölkə Prezidentinin xəbərinin olmamasını qəbul edir: “Ancaq hökm elan olunandan bu günə Prezidentin baş verən qanunsuzluqları bilməməsini mümkünsüz sayıram. Hesab edirəm ki, ən azından gələn həftə bu qanunsuzluqlar aradan qaldırılacaq və Tofiq bəy azad olunacaq. Hakimiyyət bilməlidir ki, Tofiq Yaqublu Qarabağ qazisi, sözünə əməl edən bir insandır. Başqa müxalifətçilər kimi gündə bir söz deyən, sonra arxasından qaçanlardan deyil və elan etdiyi aclıq aksiyasını sona qədər davam etdirəcəkdir. Ona görə də bundan sonra baş verənlərin bütün məsuliyyəti ölkə rəhbərliyinin üstündədir. Tofiq Yaqublu üstündən siyasi alver aparanlara, siyasəti biznesə, əxlaqsızlığa çevirənlərə, bilərəkdən adımdan "Tofiq Yaqublu düzgün həbs edilib" kimi şaiyələri yayanlara, məni guya onu müdafiə etməməkdə günahlandıranlara bildirirəm ki, Tofiq bəyin bədbəxtçiliyi həm də sizi kimi siyasət dəllallarının arasında olmasıdır. Bu gün sizə Tofiq bəyin həbsi, Allah uzaq eləsin, ölməsi lazımdır ki, bir şou düzəldib öz murdar niyyətlərinizi həyata keçirəsiniz. Mən isə sizdən fərqli olaraq həm yazılarımda, həm da qeyri rəsmi danışıqlarımda hər şeyi Tofiq bəyin azad olunması üçün etmişəm. Necə ki, bunu qızı Nigarın vəkili olan kimi etməyə başlamışdım. Məhz sizin iyrənc əməllərininiz nəticəsində mən vəkillikdən kənarlaşdırıldım və siz Nigarın həbs olunmasına sizin kimi hakimiyyətdə təmsil olunan murdarlara əsas verdiniz. Siz bu günə qədər bu cür addımlarınızla minlərlə gəncin həyatını məhv edibsiniz.

Tofiq bəy, nə qədər bizim adamdır desəniz də sizə yad adamdır, çünki sizi kimi deyil, əməllərində haqsızlığı, oyunbazlığı, hiyləgərliyi bacarmır. O çox dürüst, mərd, Qarabağ döyüşçüsü olduğu üçün sizə yad adamdır. Əgər sizlərdən olsa o ya Musavat partiyasının başqanı, yaxud Milli Şuranın sədri olardı, çünki içinizdə bütün göstəricilərə görə ən layiqlisi odur. Siz onu heç vaxt lider olmağa qoymazsınız, çünki o lider olsaydı müxalifət bu 30 ili etdiyi iyrənclikləri, oyunbazlıqları edə bilməzdi”.

Paylaş:

Ən son xəbərlər