50 yaşlı İsrail iş adamı, firavan bir ailənin başçısı, gənc katibəsi ilə müəyyən münasibətlər qurur və danışan tutuquşu bu barədə onun arvadına xəbər verib.
Koronavirus epidemiyası səbəbiylə özünü təcrid etdiyi zaman, kişi evdən işləyir, ofisini idarə edirdi. Ancaq divarın arxasında ən sevdiyi ev heyvanı - danışan bir tutuquşunun qəfəsdə olduğunu qətiyyən düşünməyib. Bir müddətdən sonra iş adamının arvadı 15 ildə bütün ailə üzvlərinin adlarını öyrənən quşun tez-tez tanımadığı bir qadın adı tələffüz etməyə başladığını görür.
Həyəcanlanmış arvadının suallarına cavab verən ər, bu yaxınlarda yeni bir katibəni işə götürdüyünü və tez-tez iş məsələlərində onunla danışmalı olduğunu deyir. Qadın cavabdan razı qalmır və özəl dedektiv xidmətinə müraciət edir.