Bakının Binəqədi rayonunda həyat yoldaşını öldürməkdə ittiham olunan Murad Şamilovun barəsində həbs qətimkan tədbiri seçilib.
Binəqədi rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə baş tutan iclasda istintaq orqanını təqdimatı təmin olunub.
Murad Şamilovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
İttihama görə, paytaxtın Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə küçəsində yerləşən "Salt" hotelində qətl hadisəsi baş verib.
Sentyabrın 3-də, gecə saat 02.00-da 1982-ci il təvəllüdlü Murad Şamilov həyat yoldaşı, 1985-ci il təvəllüdlü Şahanə Şamilovaya 18 bıçaq xəsarəti yetirib.
Qadın hadisə yerindəcə ölüb və kişi polisə gedərək törətdiyi əməli etiraf edib.