İstanbulda yaşayan Vüsal Orucov adlı azərbaycanlı Qaziosmanpaşadakı evində kəbinli həyat yoldaşı - 18 yaşlı Sevilay Kayanı qətlə yetirib.
Xəyanət iddiası ilə arvadı ilə mübahisə edən Orucov daha sonra bıçağı götürərək onun boğazını kəsib. Qatil Sevilayın qanı ilə divara “xəyanətin cəzası ölümdür” yazıb.