Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

“Qadın və ya kişi xəyanət edibsə, cinayət məsuliyyətinə cəlb olunsun” – Xalq artistindən ŞOK AÇIQLAMA

1 322
Paylaş:
“Qadın və ya kişi xəyanət edibsə, cinayət məsuliyyətinə cəlb olunsun” –     Xalq artistindən ŞOK AÇIQLAMA

"Son zamanlar cəmiyyətimizdə qadın qətilləri artıb. Bu, dəhşətdir. Buna bir dur deyən tapılacaqmı?".

Pravda.az xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva  sosial şəbəkədə yazıb. Aktrisa qadına şiddətdən bəhs edərkən bunları əlavə edib: "Psixologiyasına hakim ola bilməyən, tufeyli həyat yaşayan kişiciklər öz uğursuzluqlarının qisasını qadınlardan alırlar. Cəmiyyətin mental düşüncələrinə arxalanaraq özlərini müdafiə etmək üçün qadınlarına ləkə yaxıb namussuz damğası vururlar. Bu, artıq get-gedə adi hal almağa başlayıb. Acınacaqlı və çox qorxuludur. Əgər bunun qarşısı alınmasa, artıq heç bir qadın bundan sığortalana bilməyəcək. Əgər qadın və kişi həqiqətən xəyanət edibsə, cinayət məsuliyyətinə cəlb olunsun. Qadın hüquqlarını müdafiə edən qurumlar ayılmalı və müvafiq tədbirlər görməlidirlər. Qadın qatillərinə son deyilməlidir, cəzalar sərtləşdirilməlidir".Axşam.az

Paylaş:

Ən son xəbərlər