BURADA REKLAMINIZ OLA
BİLƏR

Elçibəyin köməkçisi də deputatlığa namizədliyini irəli sürdü

“9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək qərarına gəlib, namizədliyimi 18 saylı Nərimanov - Nizami seçki dairəsindən irəli sürdüm".

 

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycanın mərhum Prezidenti Əbülfəz Elçibəyin köməkçisi olan Oktay Qasımov deyib.

 

O.Qasımov bildirib ki, müvafiq sənədlər Dairə Seçki Komissiyasına təqdim edilib: "Beş gün sonra imza vərəqlərini götürməliyik. Qarşıda bizi çətin və gərgin bir yarış gözləyir. Bu yarışda uğur qazanmaq üçün Azərbaycan sevdalı bütün dostları seçki kampaniyasında yanımda olaraq real fəaliyyətlə dəstək verməyə çağırıram. İnanıram ki, imkanlarımız düzgün səfərbər edilərsə, uğur qazana bilərik. Bu gərgin yarışda Tanrı yardımçımız olsun!"

Tarix: 18 Dekabr 2019, 22:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin