Sabirabadda intihar hadisəsi baş verib.
Azərbaycanda vəzifəli şəxs intihar etdi - FOTO
Pravda.az-ın məlumatına görə, Sabirabad sakini, 1989-cu il təvəllüdlü Rauf Əsədov mənzilində özünü asaraq intihar edib.
Hadisə yerinə prokurorluq əməkdaşları baxış keçirib, müvafiq ekspertizalar təyin olunub. Faktla bağlı araşdırma aparılır. R. Əsədov Sabirabad Gənclər İdman İdarəsinin əməkdaşı olub. O, hadisədən 1 həftə əvvəl işdən çıxıb.APA