Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Azərbaycanda güclü yanğın - FOTO

1 569
Paylaş:
Azərbaycanda güclü yanğın -       FOTO

Qubanın ucqar Muçu kəndində yanğın hadisəsi baş verib.

Pravda.az-ın xəbərinə görə, Qubanın ən ucqar və rayon mərkəzindən 80 kilometr məsafədə yerləşən kənddə ot tayaları yanır.

Hadisə kənd sakini Yarqulu Gülməhəmməd oğlu Şahverdiyevə məxsus yaşayış evinin həyətində baş verib. Yanğın barədə Quba Yanğından Mühafizə Xidmətinə məlumat verilib, hadisə yerinə 2 yanğınsöndürən maşın və canlı qüvvə göndərilib.

Yerli sakinlər yanğını qonşuların köməkliyi ilə söndürməyə cəhd edirlər. Havanın küləkli olması alovun güclənməsinə şərait yaradır.Report

Paylaş:

Ən son xəbərlər