BURADA REKLAMINIZ OLA
BİLƏR

Namizəd olmayacaq deputatların SİYAHISI

Biznesmen-iş adamı olan deputatlara bu dəfə “yaşıl işıq” yandırılmayacaq.

 

Pravda.az-ın xəbərinə görə, istər hakim Yeni Azərbaycan Partiyasından (YAP), istərsə də bitərəflərdən (hakimiyyətin, hakim partiyanın dəstəklədiyi) olan biznesmen deputatları namizəd olaraq, bu seçkilərdə görməyəcəyik.

 

YAP-çı deputatlardan biri budəfəki seçkilərdə iş adamı-biznesmen  deputatların yenidən namizəd olmayacağını və ya namizəd göstərilməyəcəyini bildirib.

 

“Bu seçkilərdə biznesmenlər, iş adamları dəstəklənməyəcək”-deyə, o, sözlərinə əlavə edib.

 

Qeyd edək ki, YAP-çı deputatlar arasında iş adamı kimi tanınan deputalar bunlardır: Nəriman Əliyev, Tahir Süleymanov, Əsabil Qasımov, İlham Əliyev, Ağalar Vəliyev.

 

Bitərəf deputatlar içərisində iş adamı olan millət vəkillərinə gəlincə, bunlardır: Azər Kərimli, Mahir Aslanov, Hacı Madər Musayev, Cavanşir Feyziyev, Rüfət Quliyev.

 

Onu da qeyd edək ki, ən yaxşı halda bir-iki deputat istisna olunmaqla, adları çəkilən və  iş adamı olan millət vəkilləri  birmənalı şəkildə seçkilərdən kənarda qalacaqlar.Etikxeber.az

Tarix: 18 Dekabr 2019, 22:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin