Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev Azərbaycanda koronavirus infeksiyasının qarşısının alınması məqsədi ilə tətbiq edilən məhdudiyyətlərin bəzilərinin aradan qaldırılmasına (rayonlara gəliş-gedişin açılması, kafe və restoranların daxilində xidmətə icazə verilməsi) münasibət bildirib.
Azərbaycanlı alim bildirib ki, ötən həftələrdə dünyanın bir çox ölkələrində də tətbiq olunmuş məhdudiyyətlərlə bağlı yumşalmalar aparılıb: "Eləcə də Azərbaycanda mərhələli şəkildə yumşalmalar həyata keçirilir. Mən də öz növbəmdə ölkəmizdə elmə əsaslanan karantindən çıxışla bağlı atılan addımları dəstəkləyirəm. Karantindən çıxış zamanı ölkələrdə yumşalmaların tədricən aparılması sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlamağa hesablanır. Təbii ki, karantindən birdəfəyə çıxış bu ölkələrdə vəziyyətin nəzarətdən çıxmasına səbəb ola bilər. Ona görə də bu prosesin tədricən davam etdirilməsi düzgün hesab edilir. Amma son günlərdə bəzi inkişaf etmiş ölkələrə nəzər salsaq və elmi olaraq yanaşsaq, təkcə karantin tədbirlərinin tədricən yumşalmasının yetərincə olmadığının və gözlənilən effekti vermədiyinin şahidi ola bilərik".
N.Abdullayev məhdudiyyətlərin bir qisminin aradan qaldırıldığı dövrdə cəmiyyət üçün vacib olan məqamlara toxunub. O vurğulayıb ki, yumşalmalar təhlükənin tam sovuşması anlamına gəlməməlidir: "Hər kəs bilməlidir ki, təhlükə bir addımlığımızdadır və hər an təhlükə ilə yenidən üzləşə bilərik. Qeyd etdiyim kimi, yumşalmaların aparılması doğru addımdır. Amma bu, insanlar üçün təhlükənin sovuşması demək deyil. Bizi gözləyən təhlükəni isə elmi olaraq bu cür izah edə bilərəm: Avropa ölkəsi olan Fransada aylar öncə tətbiq edilən karantin rejimi digər Avropa ölkələri ilə, xüsusən də Almaniya ilə müqayisədə çox sərt idi. Amma yumşalmalardan sonra bu gün Fransada sutka ərzində yoluxma sayı 5 000-dən çoxdur və vəziyyət getdikcə daha da pisləşir. Bunun da elmi olaraq səbəblərindən biri və ən vacibi qalıq infeksiyadır. Yəni, bir müddət əvvəl Fransada yumşalmalara gedərkən viruslu xəstələrin sayının çox olmasıdır. Həmin qalıq xəstələrin mövcudluğu isə düşünülməyib və yumşalmalarla bağlı addımlar atılıb".
"Bu xəstə sayları da nəzəriyyəyə görə (eng: percolation) yumşalmaların aparıldığı dövrdən sonra müəyyən həddə çatarkən özünü cəmiyyətin və dövlətin hiss edəcəyi şəkildə büruzə verir. Ona görə də yumşalmalara gedilən zaman bu, nəzərə alınmalıdır. Əks halda ölkəmizdə bir neçə ay əvvəl müşahidə olunan vəziyyət yenidən təkrarlana bilər. Beləliklə, bu təhlükə qarşıda bizi də gözləyə bilər. Amma bu təhlükədən yan keçməklə bağlı çıxış yolları da var", tibb elmləri doktoru əlavə edib.Report
20 Aprel 12:29
20 Aprel 12:21
20 Aprel 12:20
20 Aprel 12:17
20 Aprel 11:58
20 Aprel 11:57
20 Aprel 11:33
20 Aprel 11:31
20 Aprel 11:25
20 Aprel 11:19
20 Aprel 11:17
20 Aprel 11:14
20 Aprel 11:12
20 Aprel 11:11
20 Aprel 11:09
20 Aprel 11:08
20 Aprel 11:07
20 Aprel 11:05
20 Aprel 11:02
20 Aprel 11:00
20 Aprel 10:59
20 Aprel 10:42
20 Aprel 10:40
20 Aprel 09:53
20 Aprel 09:42
20 Aprel 09:02
20 Aprel 09:00
20 Aprel 08:59
20 Aprel 08:56
20 Aprel 08:54
20 Aprel 08:52
20 Aprel 08:50
20 Aprel 08:49
20 Aprel 08:47
20 Aprel 08:46
20 Aprel 08:44
20 Aprel 08:41
20 Aprel 08:37
20 Aprel 08:34
20 Aprel 08:31
20 Aprel 08:27
20 Aprel 01:09
19 Aprel 23:57
19 Aprel 23:54
19 Aprel 23:09
19 Aprel 22:37
19 Aprel 22:29
19 Aprel 22:19
19 Aprel 21:59
19 Aprel 21:49
19 Aprel 21:47
19 Aprel 21:44
19 Aprel 21:41
19 Aprel 21:39
19 Aprel 21:37
19 Aprel 19:52
19 Aprel 19:40
19 Aprel 19:38
19 Aprel 19:37
19 Aprel 19:35
19 Aprel 19:33
19 Aprel 19:32
19 Aprel 19:30
19 Aprel 19:17
19 Aprel 19:15
19 Aprel 19:13
19 Aprel 19:12
19 Aprel 19:08
19 Aprel 19:06
19 Aprel 18:55
19 Aprel 18:52
19 Aprel 18:39
19 Aprel 18:36
19 Aprel 18:09
19 Aprel 17:56
19 Aprel 17:52
19 Aprel 17:50
19 Aprel 17:33
19 Aprel 17:15
19 Aprel 17:02
19 Aprel 16:59
19 Aprel 16:40
19 Aprel 16:35
19 Aprel 16:30
19 Aprel 16:12
19 Aprel 16:06
19 Aprel 15:52
19 Aprel 15:46
19 Aprel 15:33
19 Aprel 15:23
19 Aprel 15:17
19 Aprel 15:12
19 Aprel 15:09
19 Aprel 14:59
19 Aprel 14:39
19 Aprel 14:25
19 Aprel 13:59
19 Aprel 13:56
19 Aprel 13:47
19 Aprel 13:45
19 Aprel 13:34
19 Aprel 13:30
19 Aprel 13:28
19 Aprel 13:11
19 Aprel 13:07
19 Aprel 13:01
19 Aprel 12:59
19 Aprel 12:56
19 Aprel 12:42
19 Aprel 12:38
19 Aprel 12:17
19 Aprel 12:15
19 Aprel 12:14
19 Aprel 12:11
19 Aprel 12:06
19 Aprel 11:43
19 Aprel 11:37
19 Aprel 11:06
19 Aprel 10:14
19 Aprel 09:56
19 Aprel 09:49
19 Aprel 09:44
19 Aprel 09:41
19 Aprel 09:39
19 Aprel 09:37
19 Aprel 09:32
19 Aprel 09:27
19 Aprel 09:20
19 Aprel 09:14
19 Aprel 09:11
19 Aprel 09:06
19 Aprel 08:59
19 Aprel 08:59
19 Aprel 08:57
19 Aprel 08:50
19 Aprel 08:26
19 Aprel 08:24
19 Aprel 08:18
19 Aprel 08:17
19 Aprel 08:14
19 Aprel 08:08
19 Aprel 08:05
19 Aprel 08:02
19 Aprel 07:30
19 Aprel 07:12
19 Aprel 06:11
19 Aprel 06:07
19 Aprel 05:57
19 Aprel 05:54
19 Aprel 05:51
Ən son xəbərləri səhifəmizdən də izləyin