Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

İctimai yerlərdə toplaşma ilə bağlı MÜHÜM QƏRAR

1 279
Paylaş:
İctimai yerlərdə toplaşma ilə bağlı     MÜHÜM QƏRAR

Bu gündən ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib.

Pravda.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarına edilən dəyişiklikdə əksini tapıb.

Bundan əvvəl insanların 5 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilmişdi.

Qərar 8 sentyabr 2020-ci ildən qüvvəyə minib.

Paylaş:

Ən son xəbərlər