Son dövrlər Ermənistanda gedən proseslər göstərir ki, düşmən ölkə müharibəyə hazırlaşır. İşğalçı ölkədə "Müdafiə haqqında" qanuna dəyişiklik 70 yaşlı kişilərin orduya cəlbinə təminat yaradır. Paralel olaraq danışıqlardan yayınmaq, qanunsuz məskunlaşdırma, sərsəm bəyanatlar ermənilərin sülhün tərəfdarı olmadıqlarını göstərir.
Bu fikirləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib,
O qeyd edib ki, ermənilərin sərsəm bəyanatları öz ağıllarının məhsulu deyil.
Millət vəkili işğalçıya kənardan dirijorluq edənlərin diktəsi ilə belə mənzərinin yarandığını bildirib: “Beynəlxalq ictimaiyyət Yaxın Şərq regionunda, Afrikanın şimalında, Aralıq dənizində və digər bölgələrdə gedən prosesləri yaxından izləyir. Heç kimə sirr deyil ki, yeni dünya düzəni formalaşır. Geosiyasi maraqlar, kommunikasiyalar, təbii resurslar uğrunda kəskin mübarizə gedir. Bu istiqamətlərdən biri də Qafqaz regionudur. Bu konteksdə iyul ayında baş verən təxribatlardan sonra qardaş Türkiyənin Azərbaycana açıq dəstəyi də düşmən və onu havadarlarını ciddi narahat edib”.