Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Bakıda avtobus sürücüsü qrip halda işə çıxıb? - YENİLƏNDİ

1 453
Paylaş:
Bakıda avtobus sürücüsü qrip halda işə çıxıb? -    YENİLƏNDİ

Bu gün “Facebook” sosial şəbəkəsində İlhamə Əli adlı istifadəçi “Xaliq Faiqoğlu” şirkətinin istismarında olan 79 saylı marşrut xətti üzrə hərəkət edən 10 TH 247 dövlət qeydiyyat nişanlı avobus sürücüsündə qrip əlamətləri olmasını yazıb.


Bununla bağlı olaraq şirkətimiz tərəfindən dərhal həmin avtobus xətdən kənarlaşdırılıb və sürücü Rafael İsgəndərov əlavə tibbi müayinəyə cəlb edilib. Müayinə zamanı sürücünün bədən temperaturunun yüksək olmaması (36,1) müəyyən edilib, həmçinin onda kəskin respirator virusun səbəb olduğu hər hansı xəstəlik aşkarlanmayıb.


Sərnişinə göstərdiyi diqqətə və həssaslığa görə təşəkkür edirik. Həmçinin bildirmək istəyirik ki, bütün sürücülər səhər işə başlamazdan əvvəl tibbi müayinədən keçirilir.

***

11:04

“Xaliq Faiqoğlu” şirkətinə məxsus 79 nömrəli (10-TH-247) avtobusun sürücüsü qripdir və bu vəziyyətdə xəttə buraxılıb.

Pravda.az-ın xəbərinə görə, bu barədə jurnalist İlhamə Əli məlumat verib.

İ.Əli qeyd edib ki, “Bakı Nəqliyyat Agentliyi və “Xaliq Faiqoğlu” şirkətinin “Sürücülər hər tibbi müayinədən keçir, avtobuslar dezinfeksiya olunur” açıqlamaları yalan imiş: “Dayanmadan asqıran, burnunun kənarları qıpqırmızı, gözləri qızdırmadan axan sürücüyə deyirəm ki, “Bu vəziyyətdə niyə iş başındasınız? Axı sərnişinləri yoluxdurursunuz, maskanız da çənədə...” Deyir, bu gün səhər belə olub, sabahdan  çıxmayacaq işə. Sabaha kimi  bu avtobusdan istifadə edənləri Allah qorusun...”

Bakı Nəqliyyat Agentliyinin və “Xaliq Faiqoğlu” şirkətinin mövqeyini dərc etməyə hazırıq.

Paylaş:

Ən son xəbərlər