Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF)tərəfindən jurnalistlər üçün xarici təlimçilərin iştirakı ilə onlayn formatda təlimlər başlayıb.
Pravda.az xəbər verir ki, "Müasir dövrdə mətbuatın əsas funksiyaları: məlumat istehsalı və emalı” mövzusunda reallaşan ilk onlayn təlim Türkiyənin tanınmış media təlimçisi – Marmara Üniversitetinin müəllimi, rəqəmsal media araşdırmaları, PR və kommunikasiya üzrə ekspert Dr. Ali Murat Kırık tərəfindən keçirilib.