Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Yaşı 65-dən yuxarı olan bu şəxslərlə bağlı QADAĞA

1 675
Paylaş:
Yaşı 65-dən yuxarı olan bu şəxslərlə bağlı      QADAĞA

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nı təsdiq edib.

Pravda.az-ın məlumatına görə, qaydalara əsasən, təhsil müəssisələrində əyani formada tədris və təlim-tərbiyə prosesinə yaşı 65-dən aşağı olan təhsilverənlər cəlb olunacaqlar.

Təhsilverənlərə əməkhaqqının hesablanmasında distant (məsafədən) formada tədris edilən dərs yükü nəzərə alınacaq.

Tədris və təlim-tərbiyə prosesinə cəlb olunmayan yaşı 65-dən yuxarı olan təhsilverənlərin işində yaranan fasilələr onların iş vaxtına daxil edilir və əməkhaqqı saxlanılacaq.

Paylaş:

Ən son xəbərlər