Nobel Komitəsi maliyyə cəhətdən onun formalaşmasında böyük rolu olan Azərbaycana da töhfə verməlidir. İllərdən bəri biz belə töhfənin müjdəsi ilə yaşayırıq. Azərbaycanda və dünyada böyük ictimai, din xadimi kimi tanınmış Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri Hacı Allahşükür Paşazadənin Nobel Sülh mükafatına namizəd göstərilməsini yüksək qiymətləndirirəm.
Pravda.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının I vitse-prezidenti, akademik İsa Həbibbəli deyib. O bildirib ki, Allahşükür Paşazadə İslam dininin humanist dəyərlərini özündə birləşdirən böyük din xadimidir.
"Eyni zamanda, Allahşükür Paşazadə dinlərin tarixinə, həmçinin İslam dininin tarixinə dair çox sanballı tədqiqatların müəllifidir. Onun fəaliyyətində elmiliklə din faktoru vəhdət təşkil edir. Bundan başqa, Allahşükür Paşazadə dövlət və din münasibətlərinin tənzimlənməsi və inkişaf etdirilməsi sahəsində böyük təcrübəyə malikdir. O, dünyada tanınmış və qəbul olunmuş din xadimlərindən biridir. Dünyanın bir çox akademiyalarının və universitetlərinin fəxri üzvüdür".