Bir müddət bundan əvvəl "ATV xəbər”in aparıcısı Lalə Azərtaşın işdən ayrılması və Xəzər TV-yə getməsi barədə xəbər yayılmışdı. O, sosial mediada video paylaşaraq sözügedən məlumatların doğru olmadığını, lakin bununla belə 18 ildir çalışdığı ATV ilə yollarını ayırma ehtimalının olduğunu da dilə gətirmişdi.
Xəzər TV-yə getdiyi deyilən aparıcıdan AÇIQLAMA
Pravda.az xəbər verir ki, Azərtaş bu gün "Instagram" səhifəsində post paylaşaraq kanalla yollarını ayırdığını etiraf edib: "Cümə günü mənim ən sevdiyim gündür. Bu gün həm də mənim üçün çox önəmli gündür. Tamaşacılarımın görüşünə sonuncu dəfə gələcəm”.
O, tezliklə tamaşaçıların görüşünə yenidən gələcəyini də sözlərinə əlavə edib.