Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Deputat rayonların birləşdirilməsi təklifinə qarşı çıxdı: “Olmaz”

1 224
Paylaş:
Deputat rayonların birləşdirilməsi təklifinə qarşı çıxdı:       “Olmaz”

“Son zamanlar Azərbaycanın inzibati ərazilərə, quberniyalara bölünməsi ilə bağlı müzakirələr gedir, təkliflər verilir. Azərbaycanı quberniyalara bölmək olmaz, inzibati ərazi vahidlərinə görə böyük əraziləri birləşdirmək olmaz. Bunun yaratdığı siyasi fəsadların qarşısında kim dayanacaq? Gəncə timsalında Nizami və Kəpəz rayonlarının ləğvi tamamən iqtisadi, sosial və idarəetmə məsələsidir".

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Razi Nurullayev deyib.

Deputat bildirib ki, ölkənin quberniyalara bölünməsi isə iqtisadi və sosial komponentləri olsa da, tam olaraq siyasi məsələdir: “Mən ölkənin bu şəkildə siyasi bölgüsünə qarşıyam. İdarəetməni təkmilləşdirmək və büdcə yükünü azlatmaq üçün bəzi rayonları təmərküzləşdirmək mümkündür. amma ölkəni inzibati ərazilər üzrə bölmək olmaz".

Paylaş:

Ən son xəbərlər