“Ötən il III qrupdan bir nəfər oğlan Qızlar Univeristetinə qəbul olmuşdu. Həmin şəxs Dövlət İmtahan Mərkəzini (DİM) ittiham edirdi. Ancaq yerləşdirməni biz yox, həmin şəxs özü edir. Onun müəllimi də abituriyentin qəbulu naminə ali təhsil müəssisənin hara olduğunu nəzərə almadan ixtisas seçimi etmişdi”.
Pravda.az xəbər verir ki, bunu DİM-nin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.