BURADA REKLAMINIZ OLA
BİLƏR

Daha bir deputatla bağlı sənəd yayıldı - Ailə üzvləri Londonda məskunlaşıblar

Araşdırmaçı jurnalist Cavanşir Həsənli Milli Məclisin deputatı Cavanşir Feyziyevlə bağlı sənəd yayıb.

 

Pravda.az-ın xəbərinə görə, C.Həsənli qeyd edib ki, buraxılmış parlamentin oliqarx deputatı, ötən 9 il ərzində yarım milyard manatlıq tenderin şübhəli qalibi olmuş "Avromed" şirkətinin faktiki sahibi, bir də üstəlik Mətbuat Şurası İdarə Heyətinin üzvü Cavanşir Feyziyevin ailə üzvləri Britaniyada məskunlaşıblar: “2019-cu ilin aprel ayında Londonda Feyziyevlə bağlı HQ18M01270 saylı məhkəmə işində qeyd olunur ki, şikayətçi Azərbaycan parlamentinin deputatıdır, ailə üzvləri - həyat yoldaşı və övladları Londonda yaşayırlar, iki uşağı burada məktəbə gedir, özü ilin əhəmiyyətli hissəsini Londonda sahib olduğu evində keçirir. (His case, which is admitted by the defendants, is that he lives for a substantial proportion of the year in a home he owns in London, where his wife and children live permanently and where his two children are at school, and that he invests significant sums in this jurisdiction)”.

Fotoları təqdim edirik
Tarix: 19 Dekabr 2019, 15:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin