5 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə Rusiyanın “Rosneft” şirkətinin Baş icraçı direktoru İqor Seçin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əlaqələrin inkişafındakı xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.
Pravda.az-ın xəbərinə görə, bununla əlaqədar sentyabrın 11-də Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov və nümayəndə heyətinin digər üzvləri İqor Seçinlə görüşüblər.
Görüş zamanı Polad Bülbüloğlu Azərbaycan Prezidentinin təbrikini oxuyub və ordeni “Rosneft”in baş icraçı direktoru İqor Seçinə təqdim edib.