Prokurorluq orqanlarında işə qəbul üzrə müsabiqə ilə əlaqədar sənədlərin elektron qaydada qəbulu davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən Pravda.az-a verilən məlumata görə, namizədlərin nəzərinə çatdırılır ki, müsabiqənin ilkin mərhələsi olan test imtahanında istifadə olunacaq test tapşırıqlarının hazırlanmasında aşağıdakı normativ hüquqi aktlardan istifadə ediləcək.
-Azərbaycan Respublikasının Konstitusiyası;
-“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu;
-“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu;
-“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya;
-Azərbaycan Respublikasının Cinayət Məcəlləsi;
-Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi;
-Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi;
-Azərbaycan Respublikasının Mülki Məcəlləsi;