BURADA REKLAMINIZ OLA
BİLƏR

Ramiz Mehdiyev AMEA-nın bölmələrini ləğv etdi - Deputatlar kənarlaşdırıldı

Yaxın günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi bölmələrinin ləğvi gözlənilir.

 

Pravda.az xəbər verir ki, akademiklər - Nazim Məmmədov, Vaqif Fərzəliyev, Fəxrəddin Qədirov, Əhliman Əmiraslanov, Teymur Kərimli və Nərgiz Axundova akademiyanın vitse-prezidentlərinin köməkçiləri olacaqlar.

 

AMEA-nın iki institutunun - Qafqazşünaslıq və Elm Tarixi institutlarının isə ləğvi nəzərdə tutulur.

 

Dekabrın 25-də akademiyanın növbədənkənar ümumi yığıncağı keçiriləcək və orada mühüm qərarlar açıqlanacaq.

 

Qeyd edək ki, Nərgiz Axundova SOCAR-ın vitse-prezidenti Tofiq Qəhrəmanovun həyat yoldaşıdır. Əhliman Əmiraslanov və Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı isə Milli Məclisin deputatları olub.Demokrat.az

Tarix: 19 Dekabr 2019, 17:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin