Müsavat Partiyasının və Milli Şuranın həbsdə olan üzvü Tоfiq Yaqublunun cinayət işində hal şahidi kimi adı keçən Bakı şəhər sakini Nəbi Acalov barəsində yayılan ittihamlara cavab verib.
Pravda.az-ın xəbərinə görə, o bildirib ki, hadisənin şahidi olmayıb və bununla bağlı heç kimə qarşı ifadə verməyib. O, yalnız yol nəqliyyat hadisəsindən sonra yol polisinin dəvəti ilə baxışda iştirak edərək bu barədə aktı və sxemi könüllü imzalayıb.
Sosial şəbəkələrdə guya onun cinayət işində yalançı şahidlik etməsi ilə bağlı yayılan məlumatlar və ittihamlar əsassızdır. Sosial şəbəkələrdə yayılan səs yazısında da, o bu şəkildə fikrini ifadə etməyə çalışsa da, onun fikirləri ictimaiyyətə təhrif olunmuş şəkildə təqdim olunub.