BURADA REKLAMINIZ OLA
BİLƏR

Günay İbrahimlidən FOTOSESSİYA

Müğənni Günay İbrahimli yeni fotosessiya etdirib.

 

Pravda.az xəbər verir ki, yaxtada baş tutan fotosessiyanın müəllifi fotoqraf Niko Abbasovdur.

 

Günay İbrahimli bildirib ki, çəkiliş təklifi fotoqrafdan gəlib: “İdeyanın müəllifi özüməm. Əslində hər mövzuda fotosessiyam olub. Amma məhz yaxtada çəkiliş etməmişdim. Düşündüm ki, havalar nə qədər soyumayıb, belə bir iş görək. Bu, həm də komandamın işidir. Buna görə də əziyyəti keçən hər kəsə təşəkkür edirəm”.

 

Günay İbrahimli fobiyalarından da söz açıb: “Üzə bilsəm də dənizə qarşı fobiyam var. Amma ən böyük qorxum hündürlükdür. Yüksəkdən aşağı baxa bilmirəm”.

Fotoları təqdim edirik
Tarix: 14 Sentyabr 2020, 19:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin