Bakıda fantastik qiymətə villalar satılır.
Pravda.az xəbər verir ki, bununla bağlı müxtəlif elan saytlarında məlumatlara rast gəlmək olar.
Xüsusən də topraq sahəsi daha geniş olan villaların qiyməti bahadır. Bu villalar lüks və dəbdəbəli şəraiti ilə seçilir.
Məsələn, Badamdarda yerləşən bu villanı satışa çıxaran sahibi 14 milyon manat tələb edir.
3 mərtəbədən, 14 otaqdan ibarət olan villanın sahəsi 1500 kvm-dir.

Şıxda yerləşən bu villanın satış qiyməti isə 8 milyon manatdır. 30 sot torpaq sahəsi olan villanın sahəsi 1500 kvm-dir. 8 otaqdan ibarətdir.

Xəzər rayonu, Şüvəlan bağlarında yerləşən bu villanın qiyməti 6,8 milyon manatdır.
1 hektarın içərisində tikilən villa 4 mərtəbədən, 11 otaqdan ibarətdir. Villanın daxilində masaj, sinema salonu da var.

Villaların daha çox olduğu Badamdarda yerləşən bu sarayın isə qiyməti 4,4 milyon manatdır. Villa 18 sot torpaq sahəsinin içində tikilib. 7 otaqdan ibarət villanın öz sahəsi isə 920 kvm-dir.







