Təəccüblənməyi çoxdan yadırğamışam… Amma bu il jurnalist olmaq istəyən abituriyentlərin esselərinin qiymətləndirilməsi zamanı qarşılaşdığım "kəşflər" məni sözün əsl mənasında təəccübləndirdi.
Məsələn, yazılardan birindən öyrəndim ki, sən demə "Azərbaycanı vəsf edən şairlər bir çox beynəlxalq mükafatlara layiq görülüblər". Hətta onların arasında Aşıq Abbas Tufarqanlı, Aşıq Ələsgər və Qasım bəy Zakir kimi klassiklərimiz də var…
Basqa bir yazıdan isə öyrəndim ki, sən demə telejurnalist Çingiz Mustafayev əslində döyüşçü olub. Yüzlərlə erməniyə qarşı təkbaşına döyüşüb. O qədər erməni döyüşçüsü öldürüb ki, silahın tətiyini sıxan barmağı belə qançır olub…
Günahkar axtarmayacağam. Nə ailədə, nə də təhsildə… Qabiliyyət imtahanında bu qədər rahatlıqla yalan üyüdən, məsuliyyətsizliyin dibinə varan bu gəncləri biz yetişdirmişik. Hamımız… Birlikdə…