Bu gün doğum gününü qeyd edən Xalq artisti Brilliant Dadaşova sualları cavablandırıb.
Müsahibəni təqdim edirik:
- Brilliant xanım, doğum gününüzdür. Özəl gününüzü necə qeyd edəcəkiniz?
- Mənə gecədən çoxlu zəng və mesajlar gəlməyə başlayıb. Hələ mesajlara cavab verə bilməmişəm. Dostlar çox sağ olsunlar. Sevgiylə, məhəbbətlə əhatə olunmaq gözəl hissdir. Dostlarım, rəfiqələrim öz evlərində süfrə açıblar və hamısı məni gözləyirlər. Amma doğum günümü evimdə, həyətimizdə öz ailəmizlə qeyd edəcəyik. Bacılarıma demişəm ki, kim gəlir, öz yeməyini gətirsin (gülür).
Bacım pomidor, badimcan, bibər dolması, biri də plov hazırlayıb. Deyirəm ki, plov kilo artırır. Yemək gətirəcəklər, evdə oturub yeyəcəyik. Bu da oldu mənim doğum günüm...
- Doğum gününüzdə özünüz üçün xüsusi yemək hazırlamırsınız?..
- Ümumiyyətlə, mən heç nə hazırlamıram. Yemək üçün yaşayan insan deyiləm. Mənim yemək məsələsini fikirləşməyə vaxtım olmur. İntellekt səviyyəsi az olanlara musiqi asan gəlir. Amma musiqi asan deyil, orada çox nüansalr var, məşqlərdən tutmuş yeni fikirlərə qədər. Yeni nə isə icad etmək, dünəni təkrar etməmək lazımdır. Bunlar hamısı çox böyük dərəcədə enerji və vaxt tələb edir.
Ona görə də mənim yemək bişirməyə vaxtım qalmır. Hamıya məsləhət görürəm ki, səhər yeməyindən sonra günorta evdə çəkilmiş ət varsa, qovursunlar. Ət yoxdursa pomidor, badimcan mövsümüdür və saat dörddən-beşdən sonra isə heç nə yeməsinlər. Bu mənim hər zamankı məsləhətimdir.
Bacılarıma da demişəm ki, saat ikidə-üçdə gəlin, çünki axşam idman edəcəm. Süfrə arxasında birlikdə böyük ailə olaraq yığışacağıq, saat dörddə-beşdə də dağılışacağıq. Hər zaman idman edirəm. Hamıya da idman etməyi məsləhət görürəm.