“Bu şəhərdə” prodakşn son günlər iddialı parodiyaları ilə gündəmə gəlir. Onlar karantin dövründə daha çox siyasi aləmə üstünlük verməyi, tanınmış siyasətçiləri təqlid etməyi seçib. Hər zaman yumoristik tamaşalarla sevənlərini güldürən “Bu şəhərdə” kollektivi bu dəfə satiranı işə salıb. Günümüzdə müzakirələrə səbəb olan siyasi xadimlər onların səhnə mövzusuna çevrilib. Onların sırasında Siyavuş Novruzov, Elmar Məmmədyarov kimi siyasətçilərlə yanaşı Əməkdar jurnalist Mirşahin Ağayev də var.
Bəs, görəsən, həmin şəxslər tənqidi parodiyalara necə reaksiya verir? Sözügedən səhnələrə görə “Bu şəhərdə” kollektivinə təzyiqlər olurmu?