Milli Məclisin payız sessiyası müddətində müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə Beynəlxalq İnsan Hüquqları Gününə (10 dekabr) həsr olunmuş ictimai dinləmə keçiriləcək.
Pravda.az-ın məlumatına görə, bu, parlamentin İnsan hüquqları komitəsinin payız üçün İş planın layihəsində əksini tapıb.