Türkiyə bizim üçün qardaş dövlətdir. Bu haqda geniş danışmağa, əsaslandırma aparmağa belə başa düşürəm heç ehtiyac yoxdur. Qan bir olan, amalı və arzuları eyni məslək üzərində qurulan Türkyəni heç bir dövlətlə qarışdıra bilmərik. Açıq ifadə edərəmsə, Türkiyənin gücünü hiss etməsəydilər, bu gün Azərbaycan bəlkə də yox idi. Qardaş ölkə bizi hər zaman gözlərinin bəbəklərini qoruyan kimi qorudu. Türkiyə olmasaydı, başımıza nələr gəlmişdi, onu bir Allah bilir...
Lakin bəzən elə konkret vəziyyətlər qarşıya çıxır ki, onu daha da gərginləşdirməmək üçün ağıl və təmkinli münasibət nümayiş etdirməyə çox ciddi zərurət duyulur. Dövlətin idarə edilməsi hiss və duyğuların təkərləri üzərində aparıla bilməz. Bir sözlə, dövlətin fəlsəfəsi mahiyyətinə görə emosyaların fövqündə dayanmalıdır, nəinki ondan aşağıda yer alaraq mənzil başına çatan qatarın kupelərini yır-yığışa tələsən bələdçilər kimi yerə düşmüş qırıntılarla qarnını doldurmağa çalışmalıdır.
Bu an soruşmağa haqlısınız ki, niyə bu qədər uzatdım? Fikrimdə tutduğum və məni içdən narahat edən nə üçün daha tez açıqlayıb sizi intizar içinə atmaqdan yan durmadım. Çünki ürək doyarkən onu boşaltmağa vaxt gərək. Düşüncələrimə hakim kəsilən və məni qayalara çırpıb qanımə axıdan Tərtərdəki ucaldılan türk bayrağının endirilməsinə insanların gecənin qaranlığında etiraz etmələri idi. Axı niyə?! Axı nədən ötrü Nuru Paşanın məhz bu bayraqla Bakını yadelli işğalçılardan xilas etdiyini unuduruq. Unutqan millətik!
Eldar Sabiroğlu