"Əziz dostlar, bu gün mənim üçün çox özəl bir gün oldu. 23 illik uzun fasilədən sonra doğma Bakı Dövlət Universitetin hüquq fakültəsinə yenidən qayıtdım, bu dəfə müəllim qismində".
Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
"Bu il 4-cü kurs tələbələrinə vəkillik hüququ üzrə dərs deyəcəm. Hüquq fakültəsinin hörmətli dekanı, h.e.d., prof. Amir Ibrahim Aliyevin bu fənn üzrə dərs demək təklifini məmnuniyyətlə qəbul etdim. Vaxtımın az olması, çox məşğul olduğum barədə belə düşünmədən razı oldum. Gələcək hüquqşünaslar arasında vəkillik peşəsinə marağın artırılmasını özüm üçün vəzifə, borc sayıram. Hüquqşünas tələbələrin əksəriyyəti gələcək peşələri kimi vəkilliyi seçməlidir, bundan ötrü isə bu peşənin bütün üstünlüklərini və problemlərini onlara səmimi və doğru izah etmək çox vacibdir. Bu fürsətə görə BDU-nun və doğma hüquq fəkültəsinin rəhbərliyinə öz minnətdarlığımı bildirirəm" - A.Bağırov əlavə edib.
BDU-nun rektoru Anar Bağırova vəzifə verdi