BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda ilk: Ambulans dron hazırlanır

Azərbaycanın "İdrak Texnoloji Transfer" şirkəti tərəfindən xəsarət alanların təxliyəsi üçün ambulans dron hazırlanır.

 

Pravda.az xəbər verir ki, dronun layihələndirilməsi başa çatdırılıb və hazırda prototip yaradılma mərhələsindədir.

 

Ambulans dron nəqliyyat vasitələrinin hərəkət edə bilmədiyi, çətin keçilən ərazilərdən yaralıların və xəsarət alanların təxliyəsi, habelə mülki və hərbi yüklərin keçilməz ərazilərə nəqli üçün nəzərdə tutulur.

 

Qeyd edək ki, hazırda "İdrak Texnoloji Transfer" şirkəti tərəfindən müxtəlif təyinatlı bir neçə pilotsuz uçuş aparatı işlənilir.Ted.az

 

Tarix: 17 Sentyabr 2020, 22:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin