BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat "Sosial şəbəkələrə şəxsiyyət vəsiqəsi giriş olmalıdır” deyib?

Bu gün mətbuatda millət vəkili Jalə Əliyevanın "sosial şəbəkələrə şəxsiyyət vəsiqəsi giriş olmalıdır” təklifini irəli sürməsi ilə bağlı yazılar dərc olunub.

 

Pravda.az xəbər verir ki, deputat Jalə Əliyeva məsələylə bağlı öz "Facebook” səhifəsində paylaşım edib.

 

O, qeyd edib ki, "bu gün Milli Məclisin İnsan Hüquqları Komitəsinin iclasında, həmin komitənin üzvü, həmkarım və adaşım Jalə Əhmədova sosial şəbəkələrlə bağlı təklif irəli sürüb.

 

Mən irəli sürməmişəm. Bunu da diqqətlərinə çatdırıram ki, mən üstəlik həmin komitənin üzvü də deyiləm”.

Tarix: 17 Sentyabr 2020, 22:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin