“Valideyinlərim məni dünyaya gəlməmişdən qabaq oğlan gözləyirmişlər. Arzuolunmaz uşaq idim. Amma ailəyə böyük uğur gətirdim. Məndən sonra qardaşım doğuldu. Ancaq bir yaşında dünyasını dəyişdi. Mənim ağlamağım ailəyə ziyan gətirirdi, ona görə qəlbimə dəymirdilər. Məktəb illərində qəşəng qız olmamışam, arıq, uzun, cılız idim”.
Bu sözləri Xalq artisti Məleykə Əsədova “Space” kanalında yayımlanan proqramda deyib.