BURADA REKLAMINIZ OLA
BİLƏR

TƏBİB məlumat yaydı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 18-nə olan statistik göstəriciləri açıqlayıb.

Pravda.az xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 1 898 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 114 nəfər reanimasiyada, 8 nəfər isə süni tənəffüs cihazındadır. Ötən gün bu rəqəmlər müvafiq olaraq 112 və 9 idi.

Ümumilikdə 38 894 nəfər virusa yoluxub, 36 424 nəfər sağalıb, 572 nəfər vəfat edib.

Bu gün 5 898 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 1 041 184 test aparılıb.

Qeyd edək ki, bu gün 117 koronavirusa yoluxma faktı qeydə alınıb, 135 nəfər sağalıb, 1 nəfər ölüb.
 

Tarix: 18 Sentyabr 2020, 18:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin