Ermənistanın siyasi rəhbərliyi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllini mümkünsüz etmək yönündə fəaliyyətinə daha bir element daxil edib. Belə ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən təşkil edilmiş oyuncaq rejimin “başçısı” bildirib ki, 2022-ci ilə qədər qondarma rejimin “parlamenti” Şuşaya köçürüləcək və bu köçürülmə Şuşa şəhərinin tarixi rolunu nəzərə alaraq, “simvolik məna daşıyır”.
Pravda.az xəbər verir ki, bu fikirlər Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində təşkil edilmiş qondarma rejimin “parlamentinin” Şuşa şəhərinə köçürülməsi ilə bağlı Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, millət vəkili Tural Gəncəliyevin şərhində bildirilir.