Milli Məclisin deputatı, ReAl Partiyanın funksioneri
2014-cü ilin noyabr, ya da dekabr ayı idi (ayı dəqiq yadımda deyil). Ölkəmizə Britaniyanın Xairici İşlər Naziri gəlmişdi (yeni qaz anlaşmasının imzalanma mərasiminə). Məni onunla görüşə çağırdılar, mən də, təbii ki, görüşə gələcəyimi dedim. İş elə gətirdi ki, mənim Britaniya naziri ilə görüşümdən bir gün öncə Anar Məmmədlini həbs etdilər. O dönəmdə az qala hər həftə kimisə siyasi məqsədlə həbs edirdilər, ölkədə vəziyyət çox gərgin idi. Anar Məmmədlinin həbs olunduğu günün axşamı Facebookda qəzəbli bir status yazdım və etiraz əlaməti olaraq, Britaniyanın Xarici İşlər Naziri ilə görüşə getməyəcəyimi bildirdim. Yazdım və getmədim. Üstündən bir neçə gün sonra Britaniyanın o vaxtki səfiri İrfan Sıddıq məni çağırdı (aramız yaxşı olub). Onunla təxminən belə bir söhbətimiz oldu:
Səfir: "Görüşə niyə gəlmədin?"
Mən: "Anar Məmmədlinin həbsinə, Britaniyanın bizdəki həbslərə səssiz qalmasına etiraz etdiyimə görə"
Səfir: "Onu bilirəm, Facebookda yazmışdın. Görüşə niyə gəlmədin?"