BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputatlığa namizədlərin NƏZƏRİNƏ

Sabahdan Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına (DSK)təqdim edilməsi prosesi başlayır.

 

Pravda.az-ın xəbərinə görə, Seçki Məcəlləsinin 58.1, 94.3.1-ci maddələrinə əsasən, namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18:00-dək namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini DSK-ya təqdim etməlidir.

 

Gələn il fevralın 9-a təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar bu müddət 2019-cu il dekabrın 21-dən 2020-ci il yanvarın 10-u saat 18:00-dək olan dövrü əhatə edir.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 5 dekabr 2019-cu il tarixli sərəncamı ilə Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-a təyin olunub.

Tarix: 20 Dekabr 2019, 11:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin